This is a specific ad

Marneuli bələdiyyəsində 2023- cü ildə ilan vurması ilə bağlı 5 hadisə qeydə alınıb

99

Another advertisement

Marneuli bələdiyyəsində 2023- cü ildə ilan vurması ilə bağlı 5 hadisə qeydə alınıb. Statistika Marneulidəki iki tibb müəssisəsinə “Geo Hospitals”a və Aversi klinikasına əsaslanır.

“Cari il yanvar ayından etibarən iki ilan sancması hadisəsi qeydə alınıb.Biri ağır idi, reanimasiya şöbəsinə yerləşdirildi və bir neçə gün stabil vəziyyətdə evə buraxıldı. İkincisi yüngül idi, müvafiq yardım göstərilib evə buraxıldı . İlan dişləməsi halında tezliklə klinikaya müraciət edilməlidid. Bu evdə müalicə olunacaq hal deyil, ciddi məsələdir”- deyə Geo Hospitalsın kliniki direktoru Tata Şenqelaia bildirib.

Marneuli tibb mərkəzinin nümayəndələri bildirirlər ki, ilan vurma halları hər il yazda və yayda artır, bu zaman klinikaya xəstələrin müraciətləri də çox olur.

Gürcüstanda təxminən 35 növə yaxın sürünən yayılmışdır. Onlardan 22 ilandır, qalanı isə müxtəlif kərtənkələ növüdür.

Kateqoriya: Gündəm
Sonrakı yazı
Marneulidə yalnız üç nəfər direktorlar üçün nəzərdə tutulmuş imtahandan keçə bilib
Öncəki yazı
GAİM- də İlia Dövlət Universitetinin təqdimatı məqsədi ilə abituriyentlərlə görüş keçirilib