Bu gün, aprelin 7-də Qəbələdə Azərbaycan Respublikasına səfər edən Gürcüstanın baş naziri İrakli Ğaribaşvili ilə Azərbaycan Prezidenti İlham Əliyevin təkbətək görüşündə müzakirə edilən məsələlər açıqlanıb.
QafqazTürk.com xəbər verir ki, Baş nazir İrakli Qaribaşvili və Prezident İlham Əliyev Azərbaycan ilə Gürcüstan arasında humanitar, mədəniyyət, təhsil, müdafiə sənayesi, hərbi, təhlükəsizlik, kənd təsərrüfatı və digər sahələrdə də əməkdaşlıq məsələlərini müzakirə ediblər.
Söhbət zamanı Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Sazişin əhəmiyyəti, həmçinin Qara dənizin dibi ilə kabelin çəkilməsinin, bu xüsusda Azərbaycanın və Gürcüstanın digər tərəfdaşlarla işbirliyinin önəmi qeyd edilib.