This is a specific ad

Marneuli bələdiyyəsində davam edən infrastruktur layihəsinin tikinti işləri – ÜMUMİ VƏZİYYƏT

88

Another advertisement

Marneulidə bələdiyyə nəqliyyatının və əhalinin ehtiyac duyduğu xidmətlərin təkmilləşdirilməsi məqsədi ilə avtoparkin təşkili və 4 mərtəbəli inzibati binanın tikintisi devam etdirilir.

Bu gün Marneuli bələdiyyəsində davam edən infrastruktur layihəsinin tikinti işləri ilə Marneuli bələdiyyəsinin meri Kənan Ömərov, Kvemo Kartli üzrə dövlət nümayəndəsi Qiorqi Doxturişvili, Parlamentin Marneuli və Qardabani üzrə majoritar deputatı Zaur Darğallı və Marneuli şəhər şurasının sədri Amiran Qiorqadze tanış olublar.

QafqazTürk xəbər verir ki, bu barədə Marneuli meriyası rəsmi məlumat yayır.

Layihəyə əsasən, meriyanın tabeliyində olan QKHŞ və MMC-lərin xidmətləri üçün nəzərdə tutulan inzibati bina tikiləcək. Bundan əlavə, avtobuslar, zibil daşıyan maşınlar və digər xüsusi texnikalar üçün xüsusi binalar təşkil ediləcək.

Ümumi dəyəri 2 460 000 lari olan layihə tamamilə yerli büdcə tərəfindən maliyyələşdirilib.

İnfrastruktur layihəsinə, dövlət nümayəndəsi ilə birlikdə onun müavinləri Nika Kobaxidze və İliya Calağaniya, Marneuli bələdiyyəsinin merinin birinci müavini Roin Dekanoidze və yerli hakimiyyət nümayəndələri baş çəkiblər.

Sözügedən layihənin məqsədi vətəndaşlar üçün mövcud xidmətlərin əlçatanlığını artırmaqdır.

Sonrakı yazı
ABŞ diplomatiya və sanksiyalarla İranın qarşısını alacağına söz verib – ƏTRAFLI
Öncəki yazı
Marneulidə içməli su nə dərəcədə keyfiyyətlidir?