This is a specific ad

Rusiya mətbuatı: “ABŞ türk aviaşirkətinə “Boeing 737 MAX” təyyarələri ilə Rusiyaya uçmağı qadağan edib” – ƏTRAFLI

63

Another advertisement

Amerika Birləşmiş Ştatları Türkiyənin “Southwind Airlines” aviaşirkətinə Amerikanın “Boeing 737 MAX ” təyyarələrinin Rusiyaya uçmasını qadağan edib.

QafqazTürk xəbər verir ki, bu barədə məlumatı Rusiya hökümət mətbuatı yayır.

Rusiya mətbautı “İzvestiya” Rusiya aviadaşıyıcılarının mənbələrinə əsaslanaraq yazır ki, Amerika Birləşmiş Ştatları şərti yerinə yetirmədiyi təqdirdə “Southwind” aviaşirkəti sanksiyalarla hədələyib.

ABŞ-ın yuxarıda qeyd olunan məhdudiyyətlərinə baxmayaraq, “Southwind”aviaşirkətinin təyyarələri ABŞ Ticarət Departamentinin Sənaye və Təhlükəsizlik Bürosunun martın 3-də dərc etdiyi son sanksiyalar siyahısında deyil.

Xatırladaq ki, türk aviaşirkəti “Southwind Airlines”-in donanmasında üç “Boeing 737 MAX” təyyarəsi var. Hər üçü Amerikanın “Air Lease Corporation” lizinq şirkətinə məxsusdur. “Boeing 737 MAX” təyyarələri Rusiyanın Ufa, Samara, Novosibirsk, Orenburq, Kalininqrad və Nijni Novqorod istiqamətində həftədə 10-12 uçuş həyata keçirirdilər.

Xatırladaq ki, Ukraynada müharibə başlayandan sonra ABŞ və Avropa İttifaqı Rusiyanın aviasiya sənayesinə qarşı sanksiyalar tətbiq edib. Sanksiyalar çərçivəsində Rusiya təyyarələrinin xaricə uçuşu və onlara xidmət göstərilməsi qadağan edilib.

2 mart 2022-ci ildə dünyanın ən böyük təyyarə istehsalçıları “Boeing” və “Airbus” Ukraynanın işğalı səbəbindən Rusiyada fəaliyyətini dayandırıb. Onlar Rusiyaya ehtiyat hissələri göndərməyi və Rusiya Federasiyası Hava Yollarına texniki dəstək göstərməyi dayandırdılar.

Daha sonra Rusiya Federasiyasının Avropadakı bütün aviaşirkətlərinin sertifikatları dayandırıldı ki, bu da uçuşlar üçün zəruri tələbdir.

Sonrakı yazı
Ümumgürcüstan Müsəlmanları İdarəsinin dini rəhbərləri Türkiyə səfirliyinin din işləri üzrə müşaviri ilə görüşüblər – FOTO
Öncəki yazı
Kvemo Kartlidə yeni uşaq bağçalarının tikilməsi və təmir olunması planlaşdırılır – Bəs Marneuli bələdiyyəsində yeni uşaq bağçaları harada tikiləcək? – ƏTRAFLI