This is a specific ad

Kaxovki zooparkının su basması nəticəsində onun bütün sakinləri tələf olub – ƏTRAFLI

78

Another advertisement

Kaxovka Su Stansiyasının Rusiya tərəfindən partladılması nəticəsində işğal altında olan Novaya-Kaxovkada yerləşən Kazkova- Dibrova zooparkı tamamilə su altında qalıb. Zooparkın bütün sakinləri isə su basması nəticəsində tələf olub.

QafqazTürk xəbər verir ki, bu barədə məlumatı Heyvanların hüquqlarını müdafiə edən UAnimals təşkilatı yayır.

“Yalnız qu quşları və ördəklər qaça biliblər”, – təşkilat qeyd edir.

Ukrayna mətbuatının yazdığına görə, mənbə təhlükəsizlik baxımından anonim qalsa da, təşkilat bu barədə zooparkın rəhbərliyindən öyrənib.

“İşğal altında olan zooparkı xilas etmək üçün əlimizdən gələni etdik. İndi o, yoxa çıxıb”. – anonim mənbə bildirib.

Qeyd edək ki, dünən işğalçı Rusiya işğal altında olan Novaya-Kaxovkada yerləşən Kaxovka Su Stansiyasını minalarla partladıb. Rusiya su bəndinin partlamasına görə Ukraynanı günahlandırır. Ətraf əraziləri, xüsusilə Dnepr çayının sağ sahilini su basması təhlükəsi var.

Xerson hərbi administrasiyasının rəhbəri Oleksandr Prokudinin sözlərinə görə, onlar hansı ərazilərin daşqın riski altında olduğunu müəyyənləşdirirlər. Polis və təcili yardım xidmətləri səfərbər edilib. Onun sözlərinə görə, təhlükəli ərazilərdən yerli əhalinin təxliyyəsinə başlanılıb.

Qeyd edək ki, Kaxovka bəndi işğal olunmuş Krımın su təchizatı üçün mühüm obyektdir. Həmçinin, su anbarı Rusiya işğalçı qüvvələrinin nəzarətində olan Zaporojye AES-in təchizatı üçün vacibdir.

Sonrakı yazı
Herçinski: Mənim şəxsi fikrim odur ki, Gürcüstan namizəd statusu alacaq, lakin…
Öncəki yazı
İyunun 10-dək hava necə olacaq ? – Ətraf Mühit üzrə Milli Agentliyin proqnozu