This is a specific ad

DİQQƏT! Tələbələrin nəzərinə

75

Another advertisement

Tbilisi Dövlət Universitetində oxuyan tələbələrimizin nəzərinə çatdırmaq istəyirik ki, Universitet küçəsinin abadlaşdırılmasına iyunun 10-dan başlanılacaq.

QafqazTürk xəbər verir ki, bu barədə Tbilisi meri Kaxa Kaladze qeyd edib.

Onun sözlərinə görə, yenidənqurma müddətində küçənin bir tərəfində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.

“Gün ərzində çoxlu avtomobillərin hərəkət etdiyi bu küçədə vəziyyət çox ağırdır və bu küçənin reabilitasiyaya ehtiyacı var. İlk növbədə ən pis vəziyyətdə olan yeraltı kommunikasiyaların yenilənməsinə, nizamlanmasına ehtiyac var və biz bu işlərə başlayırıq. Xüsusilə yola 1600 metr uzunluğunda asfalt örtüyü döşənəcək, səkilər təmir ediləcək, çöl işıqlandırma şəbəkəsi və elektrik ötürücü şəbəkələri isə yerin altından çəkiləcək.” – Kaxa Kaladze qeyd edib.

Sonrakı yazı
Gürcüstan-Ermənistan dəmir yolu bağlanıb
Öncəki yazı
Zelenski Kaxovka SES-in partlaması ilə bağlı: Avropanın ən böyük süni ekoloji fəlakəti – ƏTRAFLI