Bu ilin yanvar-may aylarında Rusiya ilə Çin arasında ticarət dövriyyəsi 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 40,7 faiz artaraq 93 800 000 000 dollara çatıb.
QafqazTürk xəbər verir ki,məlumatı Çinin Dövlət Gömrük Baş İdarəsi yayıb.
Bildirilib ki, Çinin Rusiyaya son 5 ayda ixracatı 75,6 faiz artaraq 42 950 000 000 dollar təşkil edib. Rusiyadan mal ixracatı və xidmətin həcmi 20,4 faiz artaraq 50 850 000 000 dollar olub.
Qeyd edilib ki, Rusiyadan Çinə ixrac olunan mallar əsasən neft, təbii qaz və kömürdür. Bundan başqa, Çin Rusiyadan mis, mis filizi, taxta, yanacaq və dəniz məhsulları da idxal edir.
Çin geniş çeşiddə məhsullar ixrac edir. Onun əsas hissəsini smartfonlar, sənaye və ixtisaslaşdırılmış avadanlıqlar, oyuncaqlar, ayaqqabılar, nəqliyyat vasitələri, kondisionerlər və kompüterlər təşkil edir.