Another advertisement
İyunun 6-da gecə saatlarında Rusiya Ukraynada Kaxovki Su Elektrik Stansiyasını partladıb. Xerson administrasiyasının məlumatına görə, su 5 saat ərzində kritik, əhali üçün təhlükəli həddə çatacaq.
Ukrayna rəsmiləri və agentlikləri tərəfindən yayılan videogörüntülərdə stansiyanın bəndinin tamamilə dağıldığı görünür. Bu o deməkdir ki, su böyük miqdarda və yüksək sürətlə məskunlaşan ərazilərə doğru axır. Ukrayna Daxili İşlər Nazirliyi artıq Xerson şəhərinin bir hissəsi də daxil olmaqla, maksimum riskli beş zona müəyyən edib.