Another advertisement
Gürcüstanın Baş naziri İrakli Qaribaşvilinin Azərbaycan Respublikasına səfəri başlayıb.
QafqazTürk xəbər verir ki, Qəbələ Beynəlxalq Aeroportunda hökumət başçısının qarşılanma mərasimi olub.
İrakli Qaribaşvilini hava limanında Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov, Azərbaycan Respublikasının Gürcüstandakı səfiri Faiq Quliyev və Gürcüstanın Azərbaycan Respublikasındakı səfiri Zurab Pataradze qarşılayıblar.