This is a specific ad

Putin ‘KQB’də həqiqətən super agent olub, ya bunlar uydurmadır? – Almaniya mediası araşdırdı

88

Another advertisement

QafqazTürk.com xəbər verir ki, araşdırmalar nəticəsində məlum olub ki, Vladimir Putin 1980-ci illərdə Şərqi Almaniyada Sovet super casusu deyildi, o yalnız  müdirlərini razı salmağa can atan bir yazı-pozu mirzəsi və ya müasir dillə adi ofis işçisi idi.

Almaniyanın “Spiegel” jurnalı Putinin KQB agenti kimi hekayələrin şişirdilməsi şübhəsi ilə onun keçmişini araşdırıb.

İddia olunanların əksinə, Şpigel yazır ki, Putin Drezdendə KQB-də vəzifə yerinə yetirərkən əsas fəaliyyəti inzibati işlər olub. O, Qərbi Almaniyadakı qohumlarını ziyarət üçün müraciət edənlərin ərizələrini çeşidləyir və ya xarici tələbələr arasında potensial informatorlar axtarmaqla məşğul olurdu.

Putin 1985-ci ildə Drezdenə göndərilərkən 32 yaşlı zabit idi. KQB zabitlərinə Şərqi Almaniyanın Stasi məxfi polisinə dəstək vermək tapşırılmışdı. Missiya 1989-cu ildə Berlin Divarının yıxılması və iki il sonra Sovet İttifaqının dağılması nəticəsində uğursuzluğa düçar olsa da, həmin müddətə dair iddialar Rusiya mediasında Putinin iddia edilən şücaət hekayələri kimi təqdim olunur.

Ola bilsin ki, Putinlə bağlı əfsanələrin ən məşhuru onun 1989-cu ilin dekabrında KQB-nin Şərqi Almaniyadakı qərargahına basqın etməyi planlaşdıran etirazçılarla təkbaşına üz-üzə gəlməsi iddiasıdır.
Amma Almaniya arxivindəki məlumatlar bunu təsdiqləmir, Burada yalnız bir məlumat var ki, yaxınlıqdakı Stasi qərargahının girişində  balaca bir adam tək dayanıb və baş verənləri təhlükəsiz məsafədən izləyib –  Spiegel yazır. Hazırkı Rusiya prezidentinin orada olmasını hətta sübut etmək belə mümkün deyil.

Spiegel həmçinin yazır ki, cənab Putinin digər iddia edilən KQB qəhrəmanlıqlarına dair geniş sitat gətirilən şahidlərə etibar etmək olmaz.

Bu sıradan Putinin Qərbi Almaniyadakı  anarxistlərə köməyi və sui-qəsdlər hazırlamasına dəstəyi haqqında hekayələrdəki şahidlər ən yaxşı yalançıların ifadələrinə əsaslanır.

Onun bir qərbi alman neonasist liderini necə informatora çevirdiyinə dair başqa bir hekayəni danışmış keçmiş Stasi agenti də sonradan hekayəni bəzəyib-düzədiyini və şişirtdiyini etiraf edib.

Jurnal qeyd edir ki, əslində, Stasi arxivlərindəki bütün məlumatlar Putinin qəhrəmanlıqlarla dolu bir casus olduğunu deyil, risklərdən qaçan biri olduğunu göstərir.

“Faktlar və fantastika bəzən fərqli mənzərə göstərir” – Spiegel yazır və araşdırmanı belə bitirir: “İndiki Rusiya prezidenti yəqin ki, yüksək səviyyəli agent deyildi”.

Kateqoriya: Maraqlı
Sonrakı yazı
Donetsk vilayətində müharibə müddətində ölən uşaqların sayı açıqlanıb
Öncəki yazı
Bu gün “QafqazTürk” medianın, təşəbbüs qrupları “Yaşıl Düşüncənin” və “Qullar Gənclər Birliyinin” təşkilatçılığı ilə ətraf mühitin mühafizəsi mövzusunda tədbir keçirildi – FOTO