Another advertisement
Çexiya və Slovakiya sursat istehsalı sahəsində əməkdaşlıq etmək niyyətindədir.
Qafqaztürk Çexiya Televiziyasına istinadən verdiyi məlumata görə, bunu Slovakiyanın müdafiə naziri Martin Sklenar çexiyalı həmkarı Yana Çernoxova ilə görüşdən sonra deyib.
“Birgə həyata keçirə biləcəyimiz çoxlu layihələr var. Biz birlikdə irəliləməkdən xoşbəxt olacağıq. Biz həmçinin döyüş sursatlarının istehsalı üzrə imkanların artırılması sahəsində əməkdaşlıq haqqında danışdıq”, – Sklenar bildirib.