This is a specific ad

İrakli Ğaribaşvili Rəcəb Tayyib Ərdoğanın andiçmə mərasimində iştirak edib

29

Another advertisement

Hökumət başçısı Ankarada Türkiyə Respublikasının seçilmiş prezidenti Rəcəb Tayyib Ərdoğanın andiçmə mərasimində iştirak edib.

Rəcəb Tayyib Ərdoğan Türkiyə Böyük Millət Məclisində and içərək yeni prezidentlik müddətinə başlayacaq.

O, mandatı Türkiyə Böyük Millət Məclisinin müvəqqəti sədri Dövlət Baxçalıdan alacaq.Ərdoğan and içdikdən sonra saat 16:00-da Mustafa Kamal Atatürkün məqbərəsinin yerləşdiyi Anıtqəbir kompleksini ziyarət edib.

Daha sonra saat 18:00-da prezident kompleksində andiçmə mərasimi başlayıb. Mərasimdən sonra Ərdoğan yerli qonaqları şam yeməyində qonaq edəcək.

Ərdoğanın andiçmə mərasiminə 78 ölkədən yüksək səviyyəli rəsmilər qatılıb.

Kateqoriya: Region
Sonrakı yazı
Ərdoğan ölkənin yeni Nazirlər Kabinetini açıqlayıb
Öncəki yazı
Əslən Marneulidən olan cüdoçu Praqa Avropa Kubokunun qalibidir