This is a specific ad

Paşinyan: “Ermənistan Ukrayna ilə müharibədə Rusiyanın müttəfiqi deyil”

34

Another advertisement

“Ermənistan Ukrayna ilə müharibədə Rusiyanın müttəfiqi deyil.” – QafqazTürk xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan Çexiyanın “CNN primanews” teleşirkətinə müsahibəsində bəyan edib.

Paşinyan Ermənistanla Rusiya arasında tərəfdaşlıq məsələləri, eləcə də Rusiyanın Ukraynada həyata keçirdiyi hərbi əməliyyat barədə danışarkən deyib: “Rusiya ilə müttəfiq olduğumuzu dediniz. Əlbəttə, bu barədə heç vaxt açıq şəkildə danışılmayıb, amma düşünürəm ki, bu, aydındır. Ukrayna ilə müharibə məsələsində biz Rusiyanın tərəfdaşı deyilik. Bu müharibə ilə bağlı düşündüklərimizə gəldikdə isə deyə bilərəm ki, bu münaqişə narahatlıq doğurur, çünki bu, birbaşa olaraq bizim bütün münasibətlərimizə təsir edir”.

Sonrakı yazı
Ərdoğan: “Diktatura və avtoritarizm iftiralarının içərisinin tamamilə boş olduğu üzə çıxdı”
Öncəki yazı
Tsulukiani: “Ölkəmizə statusun verilməsi ilə bağlı ədalətli qərarın Brüsseldə veriləcəyi günü səbirsizliklə gözləyirik”