This is a specific ad

Gürcüstanda son bir ayda hansı məhsullar ucuzlaşıb?

77

Another advertisement

Gürcüstanın Milli Statistika Xidmətinin məlumatına görə, ötən ayla müqayisədə süd, pendir, yumurta, tərəvəz, çörək və çörək məhsullarının, şəkərin kərə yağı və duru yağın qiymətləri ucuzlaşıb.

Bundan başqa, “Sakstat”ın yaydığı məlumatda da qeyd olunduğu kimi, ötən ayla müqayisədə meyvə, balıq, ət və ət məhsullarının qiymətləri bahalaşıb.

Aşağıdakı alt qruplar üzrə qiymətlər azalıb: süd, pendir, yumurta (5.2 %), tərəvəz və bağçaçılıq (-5,0 %), çörək və çörək məhsulları (-2,3 %),Şəkər, mürəbbə və digər şirniyyatlar (-1,4 %), kərə və duru yağ(-1,0 %) . Qəhvə, çay və kakao (1,5 %).

Meyvə və üzümün (1,1 faiz), o cümlədən balıq, ət və ət məhsullarının (1,1 faiz) qiymətləri bahalaşıb;

Kateqoriya: Gündəm
Sonrakı yazı
Gürcüstan qızıl ixracını artırıb
Öncəki yazı
Nəzərli inzibati ərazi vahidində yol-nəqliyyat infrastrukturu qurulur