Another advertisement
2023-cü ilin may ayında əvvəlki ayla müqayisədə Gürcüstanda inflyasiyanın səviyyəsi -0,1%, illik inflyasiyanın səviyyəsi isə 1,5% təşkil edib.
QafqazTürk.com xəbər verir ki, bu barədə məlumatı Milli Statistika Xidməti məlumat yayıb.
Baza inflyasiyasına gəldikdə isə 2023-cü ilin may ayında ötən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 4,0% təşkil edib.
2023-cü ilin may ayında ötən ilin eyni dövrü ilə müqayisədə qiymətləri ən çox bahalaşan 10 ərzaq məhsulunun siyahısını təqdim edirik:
- Qarpız – 49,5%
- Soğan – 37,4%
- Tomat pastası – 27,1%
- Qarğıdalı unu – 25,1%
- Tort – 22,6%
- Kartof – 19,5%
- Mal əti – 17,7%
- Xardal -16,9%
- Mal əti qiyməsi – 16,1%
- Zavod südü – 15,2%