This is a specific ad

Marneulidə yerli özünüidarəetmənin təşkilatçılığı ilə Uşaqların Beynəlxalq Müdafiəsi Günü müxtəlif tədbirlərlə qeyd olunub

64

Another advertisement

Marneulidə yerli özünüidarəetmənin təşkilatçılığı ilə, Uşaqların Beynəlxalq Müdafiəsi Günü müxtəlif tədbirlərlə qeyd olunub.

Marneuli Munisipalitetinin meri Kənan Ömərov və Sakrebulonun sədri Amiran Qiorqadze uşaqları 1 İyun münasibətilə təbrik ediblər.

İctimai Kitabxana yerləşən parkda – eksperimentoriya-elmi şou, stolüstü oyunlar, rəsm, xalçaçılıq və parça boyama üzrə ustad dərsləri, Maradisi məktəbinin “Eko klubunun” gül sərgi-satışı, Marneulinin 2 saylı ictimai məktəbinin mülki klubu “Gələcəyimiz naminə”-nin əl işlərindən ibarət sərgi-satışı təşkil olunub.

Tədbirlər Mixeil Cavaxişvilinin büstünün yerləşdiyi parkda davam edib. “Dünya Uşaqlarına Sülh” adlı tədbirdə əyləncə məkanı, rəsm ustad dərsləri, animatorların şousu, nağıl personajlarının 2 saatlıq çıxışı, DJ, idman fəaliyyəti-cüdo üzrə ustad dərsləri təqdim olunub.

Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş tədbir Marneuli Mədəniyyət Evinin konsert zalında, mədəniyyət mərkəzində mövcud vokal studiyasının konserti ilə başa çatıb.

Tədbirdə, Marneuli Munisipalitetinin meri Kənan Ömərov və Sakrebulonun sədri Amiran Qiorqadze, merin birinci müavini Roin Dekanoidze, merin müavini Temur Şubitidze və yerli özünüidarəetmə nümayəndələri iştirak ediblər.

Sonrakı yazı
Gürcüstan aviasiya bazarına “Indigo” Hindistan aviaşirkəti daxil olur – YENİLİK
Öncəki yazı
Parlament “Silah haqqında qanuna” dəyişiklikləri təsdiqləyib – Yenilənmiş qanun nəyi nəzərdə tutur?