Bu gün Qullar ictimai məktəbində 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi gününə həsr edilmiş tədbir keçirilib.
QafqazTürk.com xəbər verir ki, tədbir məktəbin direktoru Hümmət Hüseynovun təşkilatçılığı ilə hazırlanıb.
Tədbirdə məktəbin müəllim/müəllimə kollektivi, şagirdlər, kənd əhalisi, ziyalılar, Gürcüstan Azərbaycanlıları Konqresinin sədri Hüseyn Yusubov, konqresin və QafqazTürk xəbər portalının əməkdaşları iştirak ediblər.
Tədbir Gürcüstan Respublikasının dövlət himni ilə başlayıb.
Məktəbin direktoru Hümmət Hüseynov tədbir iştirakçılarını salamlayıb, uşaqlara xoş arzu və istəklərini çatdırıb.
Gürcüstan Azərbaycanlıları Konqresinin sədri Hüseyn Yusubov tədbirdə çıxış edərək uşaqları 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi günü münasibətilə təbrik edib. Sonra isə Hüseyn Yusubov məktəb kollektivinə yüksək təşkilatçılıq qabiliyyətlərinə görə təltif olunduqları fəxri fərmanı məktəb direktoru Hümmət Hüseynova təqdim edib.
Hüseyn Yusubov çıxışında məktəblərimizdə ana dilinin və dövlət dilinin yüksək səviyyəli tədrisinin vacibliyini vurğulayıb.