Əksər insanlar tərəfindən gündüz yuxusu boşa keçən zaman və faydasız kimi qəbul edilir.
Amma gündüz cəmi 30 dəqiqə yatmaq konsentrasiyanı və ümumi məhsuldarlığı artıra bilər.
QafqazTürk.com medicina.az-a istinadən xəbər verir ki, hazırda böyük yaşlı insanların 40%-i ən azı 1-2 dəfə yuxusuzluqdan əziyyət çəkib.
10-15% isə xroniki yuxusuzluqla mübarizə aparır.
Yuxunun olmaması diqqəti, konsentrasiyanı və qərar qəbul etmə qabiliyyətini azaldır.
Əgər konkret vaxtda yatmazsanız, sinir sisteminiz bərpa olunmur, gündən-günə, ildən-ilə bu davam edərsə, sinir sisteminiz tükənir.
Sutkada cəmi 3 saat var ki, bu müddət ərzində sinir sistemi bir gündə çəkdiyi bütün yükdən xilas ola bilir. Və bu qiymətli 3 saat axşam saat 21:00-24:00 arasıdır. Normal halda insanda bu saatlarda yuxululuq hiss olunmalıdır.
Əgər bu vaxt yuxuya getsəniz, yuxu fazası dərin olacaq, ən əsası sinir sistemi əla bərpa olunacaq.