This is a specific ad

Ölkəyə aksizsiz siqaretlərin keçirilməsinin qarşısı alınıb

93

Another advertisement

Martın 1-dən 30-dək “Sarp”, “Sadaxlı-Avtomobil” və “Laqodexi” gömrük-keçid məntəqələrində ölkəyə qanunsuz olaraq siqaretlərin keçirilməsinə cəhd faktlarının qarşısı alınıb.

QafqazTürk xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin Gəlirlər xidməti məlumat yayıb.

“Maliyyə Nazirliyinin Gəlirlər Xidmətinin gömrükçüləri şübhə əsasında müxtəlif ölkə vətəndaşlarının fiziki yoxlanılması, çantalarının, habelə nəzarətlərində olan avtomobillərin yoxlanılması nəticəsində 50 640 ədəd bəyan edilməmiş siqaret aşkar ediblər.

Gürcüstan Gömrük Məcəlləsinin 168-ci maddəsinin 3-cü hissəsinə əsasən qanunu pozan vətəndaşları malları müsadirə edilib və hər biri min- min lari məbləğində cərimələnib”- deyə məlumatda bildirilib

Kateqoriya: Maraqlı
Sonrakı yazı
Türkiyə və Rusiya XİN başçıları iftar süfrəsində bir araya gəlib
Öncəki yazı
Ramazanın 16-cı günü: dua, imsak və iftar vaxtı