2023-cü ilin aprel-may ayları ərzində Xüsusi İstintaq Xidməti tərəfindən şəxsi həyat sirrini pozan 7 nəfər ifşa edilib. Onlardan 5-i saxlanılıb, onlardan 1-i Litva vətəndaşıdır, 2-si isə ittiham olunub.
“Aparılan istintaq zamanı müəyyən edilib ki, təqsirləndirilən şəxslər müxtəlif vaxtlarda sosial şəbəkələrdə tanış olduqları qadınlarla münasibətdə olublar, bu zaman onların şəxsi kompüterləri, mobil telefonları və şəxsi həyatlarını əks etdirən intim fotolar, səsli mesajlar, yazışmalar və videolar əldə ediblər.
Qeyd edək ki, zərərçəkmişlər münasibətdə olduqları müddətdə yuxarıda qeyd olunan məlumatları könüllü olaraq onlara göndəriblər.Münasibətlər bitdikdən sonra qisas və şantaj motivləri ilə təqsirləndirilən şəxslər zərərçəkmişlərin valideynlərinə, yaxın qohumlarına və tanışlarına onların şəxsi həyatını əks etdirən materialları göndəriblər. Bu hərəkətlə onların şəxsi həyatlarının toxunulmazlığı pozulub”, – deyə məlumatda bildirilir.
İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 157 prima (şəxsi həyat sirrini pozma) və 159-cu (şəxsi yazışma sirrini pozma) maddələri ilə davam etdirilir.Cinayət 7 ilə qədər azadlıqdan məhrumetmə ilə cəzalandırılır.