This is a specific ad

Azyaşlıya təcavüzə cəhd edən Tsereteli sakini haqqında həbs qətimkan tədbiri seçilib

80

Another advertisement

Marneulidə orta yaşlı kişi azyaşlıya qarşı təcavüzə cəhd edib. Hadisə Marneuli bələdiyyəsinin Tsereteli kəndində baş verib.

Məlum olub ki, kişi qızın bibisinin həyat yoldaşıdır və azyaşlıya illərdir xoşagəlməz hərəkət edirmiş.

“Təcavüzə cəhd edilib. Şübhəli bilinən şəxs artıq saxlanılıb və onun barəsində həbs qətimkan tədbiri seçilib”- deyə Baş Prokurorluğun İctimaiyyət və Media ilə Əlaqələr Xidmətinin rəhbəri Baia Tsanava bildirib

İstintaq Cinayət Məcəlləsinin 141-ci maddəsi ilə aparılır. 5 ildən 7 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Kateqoriya: Gündəm
Sonrakı yazı
Sosial şəbəkələrdə tanış olduqları qadınların intim foto/video materiallarını yayan şəxslər saxlanılıb
Öncəki yazı
Güney Azərbaycanın siyasi təşkilatları Volodimir Zelenskiyə müraciət edib