Another advertisement
AB-nin Gürcüstandakı səfiri Pavel Qerçinski Gürcüstan baş nazirinin müavini, iqtisadiyyat naziri Levan Davitaşviliyə Tiflis və Moskva arasında birbaşa uçuşların bərpası ilə bağlı demarşı təhvil verib.
QafqazTürk.com xəbər verir ki, Qerçinski ilə birlikdə AB-nin 27 dövlətinin səfirləri Gürcüstan baş nazirinin müavini ilə görüşüblər.
“Biz Davitaşviliyə bildirdik ki, Gürcüstan hökumətinin Rusiyaya birbaşa uçuşları bərpa etmək qərarından təəssüflənirik. Bu qərar AB-nin bütün 27 üzvünün Rusiyaya birbaşa uçuşlar həyata keçirməmək və Rusiya təyyarələrinin AB-yə üzv ölkələrin ərazisi üzərində uçmasına icazə verməmək barədə yekdil qərarına ziddir”, – deyə səfir bildirib.