This is a specific ad

Bu şəxslərə pulsuz torpaq sahələri veriləcək

55

Another advertisement

Təbii fəlakətlərdən zərər çəkmiş ailələr və məcburi köçkünlər dövlətdən simvolik qiymətə bir lari olmaqla 160 hektar torpaq sahəsi alacaqlar.

QafqazTürk.com “Sputinik-Gürcüstan”a istinadən xəbər verir ki, qətnamə hökumətin dünən, mayın 29-da keçirilən iclasında təsdiq edilib.

Hökumət iclasına Gürcüstanın baş naziri İrakli Qaribaşvilinin sədrliyi ilə baş tutub. Nazirlər Kabinetinin üzvləri ümumilikdə 18 məsələni müzakirə ediblər.

Mətbuat xidmətindən verilən məlumata görə, ümumilikdə 133 ailə torpaq sahəsi alacaq. Torpaqlar üzərində yerləşən yaşayış sahələri ilə birlikdə verilir.

Mülkiyyətə verilən torpaq sahələri Xoni (İmereti), Axmeta, Laqodexi, Siqnaxi (Kaxeti), Tsalka, Tetritskaro, Marneuli (Kvemo Kartli), Ninotsminda (Samtsxe Cavaxeti) bələdiyyələrində yerləşir.

Kateqoriya: Maraqlı
Sonrakı yazı
AB-dən Gürcüstana demarş: 27 səfir…
Öncəki yazı
Bayden Türkiyədə keçirilmiş seçkilərin nəticələrinin faydalı olmasını arzulayıb