This is a specific ad

Bayden Türkiyədə keçirilmiş seçkilərin nəticələrinin faydalı olmasını arzulayıb

83

Another advertisement

ABŞ Prezidenti Cozef Bayden Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana telefonla zəng edərək onu yenidən dövlət başçısı seçilməsi münasibətilə təbrik edib.

Qafqaztürk xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb.

Məlumata görə, Bayden Ərdoğanı prezident seçkilərində uğur qazanması münasibətilə təbrik edib və nəticələrin Türkiyə xalqı üçün faydalı olmasını arzulayıb.

Türkiyə-ABŞ əlaqələrinin regional və qlobal çağırışlar qarşısında daha böyük əhəmiyyət kəsb etdiyini bildirən iki lider, yeni dövrdə iki ölkə arasında bütün məsələlərdə əməkdaşlığın təkmilləşdirilməsi barədə razılığa gəliblər.

Kateqoriya: Region
Sonrakı yazı
Bu şəxslərə pulsuz torpaq sahələri veriləcək
Öncəki yazı
Siyasi şərhçi: “Ərdoğanın Prezident seçilməsi ilə qazanan yalnız Türkiyə olmadı”