Another advertisement
Ermənistanın Baş naziri Nikol Paşinyan Rəcəb Tayyib Ərdoğanı prezident seçkilərinin nəticəsi münasibətilə təbrik edib.
QafqazTürk xəbər verir ki, bu barədə Nikol Paşinyan öz “Twitter” səhifəsində yazıb.
“Prezident Rəcəb Tayyib Ərdoğanı yenidən seçilməsi münasibətilə təbrik edirik. Ölkələrimiz arasında münasibətlərin tam normallaşması istiqamətində birgə işi davam etdirməyi səbirsizliklə gözləyirik”-deyə Ermənistan hökumətinin başçısı “Twitter”də yazır.