Bu gün can Azərbaycanın İkinci Qarabağ müharibəsində qazandığı tarixi Qələbənin beşinci ildönümü – Zəfər Günü bayram olunur.
Biz, Gürcüstan Azərbaycanlıları Konqresi və Qafqaz Türk Media ailəsi olaraq, Azərbaycanı, harada yaşamasından asılı olmayaraq, dünya azərbaycanlılarını, bütün Türk dünyasını, bütün sülhsevər insanları Zəfər Günü münasibətiilə ürəkdən təbrik edirik!
İllərlə gözlədiyimiz bu Qələbənin əsas sütunlarından biri dövlət-xalq-ordu birliyi idi!
Qələbə uğrunda şəhid olan qəhrəmanların ruhu qarşısında baş əyirik!
Ümid edirik ki, belə bir Zəfər Günü də Gürcüstanımıza qismət olacaq! İşğal edilmiş torpaqlar azad olunacaq və köçkünlər öz dogma torpaqlarına qayıdacaqlar!..
…Gün bu gün olsun.
Necə ki, bu gün hər bir azərbaycanlı fəxrlə deyir: “Qarabağ Azərbaycandır!”.
Bu gün gərək
Hər anımız Vətən! – desin!
Ölənlərin əvəzinə
Qalanımız Vətən! – desin.
Vətən! – desin
Qəlbimizin hər duyğusu,
hər vurğusu!..
Bayramın mübarək, Azərbaycan!
