Avropa İttifaqı Rusiyaya qarşı 20-ci sanksiyalar paketinin hazırlanmasına başlayıb.
Məlumatlara görə, bu məsələ Litvanın maliyyə naziri Kristupas Vaitiekunas və Avropa Komissiyasının maliyyə xidmətləri, əmanət və investisiyalar üzrə komissarı Maria Luisa Albuquerque arasında müzakirə olunub.
Kristupas Vaitiekunas bildirib ki, Aİ “müntəzəm hibrid hücumları” nəzərə alaraq, yalnız Rusiyaya deyil, Belarusa qarşı da təzyiqləri davam etdirməlidir.
Nazir bildirib:
“Biz şadıq ki, oktyabrın sonunda Aİ səviyyəsində 19-cu sanksiyalar paketi razılaşdırıldı. Lakin təzyiqlər Rusiyanın enerji və maliyyə sektorlarına daha da artırılmalıdır. Buna görə də növbəti sanksiyalar paketi ilə bağlı ciddi müzakirələrə başlamalıyıq.”
Xatırladaq ki, Avropa İttifaqı oktyabrın 23-də 19-cu sanksiyalar paketini təsdiqləyib. Bu paketə daxildir:
- 2027-ci ildən mayeləşdirilmiş təbii qazın idxalına qadağa,
- “kölgə donanması” adlanan 117 gəmiyə məhdudiyyətlər,
- Rusiya diplomatlarının Aİ ölkələrində hərəkətinə məhdudiyyətlər.
