Dmanisidə qətl hadisəsi baş verib, şübhəli şəxs saxlanılıb

124

Daxili İşlər Nazirliyinin Kvemo Kartli Polis Departamentinin Dmanisi rayon şöbəsinin əməkdaşları həyata keçirdikləri  əməliyyat-istintaq tədbirləri nəticəsində qəsdən adam öldürməkdə şübhəli bilinən, 1979-cu il təvəllüdlü, əvvəllər müxtəlif cinayətlərə görə məhkum olunmuş C.A.-nı saxlayıblar.

Araşdırmalarla müəyyən edilib ki, C.A. və D.D. sərxoş vəziyyətdə olarkən aralarında mübahisə yaranıb. Mübahisə zamanı fiziki qarşıdurma baş verib və nəticədə D.D. tarazlığını itirərək pilləkənlərdən yıxılıb, aldığı xəsarətlər nəticəsində hadisə yerindəcə dünyasını dəyişib.

Şübhəli şəxs izləri gizlətmək məqsədilə meyiti öz evinin həyətyanı sahəsində basdırıb.

Polis əməkdaşları keçirilən istintaq eksperimenti nəticəsində D.D.-nin meyitini C.A.-nın evinin həyətində aşkarlayıblar.

C.A. hadisədən dərhal sonra saxlanılıb. Faktla bağlı istintaq Gürcüstan Cinayət Məcəlləsinin 108-ci maddəsi (qəsdən adam öldürmə) üzrə aparılır. Bu cinayət 10 ildən 15 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutur.

Kateqoriya: Cəmiyyət, Cinayət
Sonrakı yazı
Şuşa restoranında Zəfər Günü təntənəli şəkildə qeyd edilib
Öncəki yazı
Tbilisidə Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert tədbiri keçirilib