Laqodexinin Qabal kəndində keçirilən xüsusi əməliyyat zamanı öldürülən Mirzə Əliyev Laqodexi bələdiyyə məclisinin sabiq deputatı olub – ƏTRAFLI

110

Daxili İşlər Nazirliyi tərəfindən Laqodex rayonunun Qabal kəndində keçirilən “qanuni oğru dünyasına” bağlı xüsusi əməliyyat zamanı ikitərəfli atışma baş verib və nəticədə Laqodexi bələdiyyə məclisinin keçmiş deputatı Mirzə Əliyev ölüb. O, Şurada 2010-2014-cü illərdə fəaliyyət göstərib.

“Xüsusi təyinatlı dəstənin əməkdaşlarına intensiv atəş açıldı. Nəticədə bir xüsusi təyinatlı ağır yaralandı. Polisin cavab atəşi nəticəsində Mirza Əliyev hadisə yerində zərərsizləşdirildi”, – bu gün keçrilən brifinqdə  Daxili İşlər nazirinin müavini Aleksandre Daraxveliçidze bildirib.

Bu gün, 5 noyabr, Daxili İşlər Nazirliyində keçirilən brifinqdə Aleksandre Daraxveliçidze deyib ki, ölkə üzrə eyni vaxtda keçirilən xüsusi əməliyyat zamanı “qanuni oğru dünyasına” bağlı 34 şəxs saxlanılıb. Məlumatda qeyd edilir ki, onlar kənddə “maliyyə mübahisələrinin həllində iştirak edirdilər”.

Kateqoriya: Cəmiyyət
Sonrakı yazı
ABŞ-dakı hökumət qapanması “tarixi rekord”a doğru gedir – ƏTRAFLI
Öncəki yazı
Marneuli və ətraf kəndlərdə qaz təchizatı dayandırılıb – ƏTRAFLI