Gürcüstanın Konstitusiya Məhkəməsinin rəsmi saytında “Gürcü Arzusu”nun konstitusiya iddiası dərc olunub – ƏTRAFLI

36

Gürcüstanın Konstitusiya Məhkəməsinin rəsmi saytında “Gürcü Arzusu”nun konstitusiya iddiası dərc olunub. İddiada üç müxalifət partiyasının qadağan olunması tələb edilir. İddia hakim Vasil Roinişviliyə ünvanlanıb; o, “Milli Hərəkat” hakimiyyəti dövründə prokuror vəzifəsində çalışıb. ”

QafqazTürk Media “Batumelebi” qəzetinə istinadən yazır ki, Vasil Roinişvili “Roin Şavadze işi” zamanı Acarıstanın prokuroru olub. Hazırda Şavadze işi iddiada “Gürcü Arzusu” tərəfindən VHM-in qadağan edilməsinin əsaslarından sübut kimi göstərilib. İddianın qəbul tarixi 31 oktyabr 2025-ci ildir. Sənədi “Gürcü Arzusu”, “Avropalı Sosialistlər” və “Xalq Qüvvəsi” partiyalarından 88 nümayəndə imzalayıb.

Onlar “ Vahid Milli Hərəkat”, “Koalisiya Dəyişiklik üçün: Gvaramia, Melia, Gırçi, Droa” və “Güclü Gürcüstan – Lelo, Xalq üçün, Azadlıq üçün” partiyalarının qadağan olunmasını tələb edirlər:

“Yuxarıda göstərilən siyasi partiyaların fəaliyyəti Gürcüstanın konstitusiya quruluşunu devirmək və zorakı yolla dəyişdirmək, Gürcüstanın müstəqilliyini pozmaq və ərazi bütövlüyünü təhlükəyə atmaq məqsədini daşıdığından, tələb edirik ki, aşağıdakı siyasi partiyaların fəaliyyəti qeyri-konstitusional hesab edilsin, bu siyasi partiyalar qadağan edilsin və onların qeydiyyatı ləğv edilsin” – deyə iddiada bildirilir.

Bildiririk ki,  Konstitusiya Məhkəməsinin iddianı araşdırmaq üçün 9 aylıq müddəti var.

Kateqoriya: Siyasət
Sonrakı yazı
Marneulidə yerləşən iki yeməkxanada hazırlanmış qiymə ətdə uzunqulaq DNT-si aşkarlanıb – ƏTRAFLI
Öncəki yazı
Ukraynaya 1,8 milyard avrodan çox maliyyə yardımı ayrılıb – ƏTRAFLI