Diqqət! 3 noyabr torpaq sahəsinə malik fiziki şəxslər üçün əmlak bəyannaməsinin son təqdimetmə tarixidir- ƏTRAFLI

129

3 noyabrda fiziki şəxslər üçün əmlak vergisi bəyannaməsinin doldurulması müddəti başa çatır

QafqazTürk Media Radio Marneuliyə istinadən xəbər verir ki, bu tarixə qədər bütün şəxslər — istər kənd təsərrüfatı, istərsə də qeyri-kənd təsərrüfatı təyinatlı torpaq və ya meşə sahəsinin sahibi olsun — illik əmlak bəyannaməsini təqdim etməlidirlər.

Bəyannamə həmçinin o şəxslər üçün də məcburidir ki, onların ailəsinin illik gəliri 40 min lari həddini aşır. Əgər 2024-cü il 1 yanvar – 31 dekabr dövründə sizin və ailə üzvlərinizin ümumi gəliri 40 min laridən çox olubsa, bəyannamə təqdim etməli və vergini 2025-ci il 17 noyabradək ödəməlisiniz.

Gəlir kimi hesablanan məbləğ — faktiki ödənilən deyil, hesablanmış məbləğdir. Buraya il ərzində əldə etdiyiniz bütün pul gəlirləri daxildir: xaricdən köçürülən vəsaitlər, mükafatlar, hədiyyələr və digər pul gəlirləri.

Bəyannamə elektron qaydada Gürcüstan Gəlirlər Xidmətinin saytında doldurulur:
https://eservices.rs.ge/Login.aspx

Ailədə iki və ya daha çox üzvün vergiyə cəlb olunan əmlakı varsa, bəyannaməni onların hər hansı yetkin üzvü ailə adından birgə şəkildə təqdim edə bilər. Bu halda sənəddə bütün ailə üzvləri və onlara məxsus əmlaklar barədə məlumat qeyd olunur.

Fiziki şəxsin ailə üzvlərinə özü, həyat yoldaşı, azyaşlı övladları və ögey övladları, həmçinin onunla birlikdə yaşayan valideynləri, övladları, bacı-qardaşları, nənə-babasını və ümumi təsərrüfat aparan digər ailə üzvlərini aid etmək olar.

Marneuli Bələdiyyə Məclisinin 9 mart 2012-ci il tarixli N16 qərarına əsasən, qeyri-kənd təsərrüfatı təyinatlı torpaqlar üzrə illik əmlak vergisi dərəcələri belə müəyyən edilib:
– Marneuli şəhərində 1 kvadratmetr üçün 0,312 lari
– Bələdiyyənin digər ərazilərində 1 kvadratmetr üçün 0,156 lari

Kənd təsərrüfatı təyinatlı torpaqlar üzrə illik vergi məbləğləri isə aşağıdakı kimidir:
– Otlaqlar (təbii və becərilmiş) – 20 lari/hektar
– Yaylaqlar (təbii və becərilmiş) – 16 lari/hektar
– Təbii resurslardan istifadə üçün ayrılmış lisenziyalı torpaqlar – 3 lari/hektar
– Həyət, əkin sahələri, çoxillik bitkilərlə əkilmiş bağ və bostanlar – 100 lari/hektar
– Kənd təsərrüfatı məqsədilə istifadə olunan meşə sahələri – 50 lari/hektar

Radio Marneuli

Kateqoriya: Cəmiyyət
Sonrakı yazı
Marneuli Bələdiyyə Məclisində yeni komissiya sədrləri müəyyənləşib – ƏTRAFLI
Öncəki yazı
1 noyabrdan yeni qanun qüvvəyə minib – Dövlət sektorunda işləyən işçilərin fəalliyyəti məhdudlaşdırılır – ƏTRAFLI