Revolut Rusiya vətəndaşların hesablarını bağlayır – ƏTRAFLI

69

Litvada qeydiyyatdan keçmiş onlayn bank Revolut müvəqqəti yaşayış icazəsi və ya Avropa İttifaqı (Aİ) vətəndaşlığı olmayan rusiyalı müştərilərinə hesablarının bağlanması barədə bildirişlər göndərməyə başlayıb.

QafqazTürk Media xəbər verir ki, bank bu qərarı Ukraynadakı müharibəyə görə Rusiyaya qarşı Aİ tərəfindən yaxın zamanda təsdiqlənmiş 19-cu sanksiya paketi ilə izah edib.

Qeyd edək ki, vvvəllər Revolut Avropada yaşayış icazəsi və ya uzunmüddətli – D kateqoriyalı viza sahibi olan Rusiya vətəndaşlarına hesab açmağa icazə verirdi.

Ancak 1 noyabr axşamı D kateqoriyalı vizayla hesab açmış müştərilər iki məktub alıblar. Birincidə onlardan Aİ üzv ölkəsində, Avropa İqtisadi Zonası (EEA) dövlətində və ya İsveçrədə qüvvədə olan müvəqqəti və ya daimi yaşayış icazəsinin surətini, yaxud Avropa pasportunun surətini sistemə yükləmələri tələb olunub. İkinci məktubda isə bildirilir ki, bank ilə müqavilə ilin sonuna qədər ləğv ediləcək.

2025-ci il dekabrın 31-dək istifadəçilərə hesaba pul köçürmək, kartla ödəniş aparmaq, bankomatdan nağd pul çıxarmaq və ya digər Revolut hesablarına vəsait göndərmək qadağan edilib.

Mediazona xəbər verir ki, hesabları bloklanan müştərilər bankın müştəri xidmətindən heç bir cavab ala bilmədiklərini bildiriblər.

Kateqoriya: Dünya
Sonrakı yazı
1 noyabrdan yeni qanun qüvvəyə minib – Dövlət sektorunda işləyən işçilərin fəalliyyəti məhdudlaşdırılır – ƏTRAFLI
Öncəki yazı
Meriyanın əməkdaşı dövlətə məxsus torpaq sahəsinin qeydiyyatı üçün 16 min dollar alıb – “Finans Polisi”.