Kənd İnkişafı Agentliyinin qrantından külli miqdarda pul qanunsuz mənimsənilib – 1 nəfər saxlanılıb, 7 nəfərə cinayət işi açılıb

133

Kənd İnkişafı Agentliyinin qrantından 4ə 4111054 lari qanunsuz mənimsənilib – 1 nəfər saxlanılıb, 7 nəfərə qarşı cinayət təqibi başlayıb.

Gürcüstan Maliyyə Nazirliyinin İstintaq Xidmətinin məlumatına görə, 24 oktyabrda təşkil edilmiş qrupun bir üzvü saxlanılıb, 7 nəfərə qarşı isə Kənd İnkişafı Agentliyinin qrant vəsaitlərinin qanunsuz mənimsənilməsi faktı üzrə cinayət işi başlanılıb.

Qurumun açıqlamasına əsasən, iş üzrə 1000-dən çox istintaq və prosessual hərəkət həyata keçirilib. Genişmiqyaslı istintaq tədbirləri nəticəsində müəyyən edilib ki, təşkilatçı qrupun rəhbərləri “Südçülük sahəsinin modernləşdirilməsi və bazara çıxışın təminatı” adlı dövlət proqramına müraciət edən 219 benefisiar barədə məlumat əldə edərək, onlara proqram çərçivəsində qrantın təmin ediləcəyini və sənədlərin hazırlanmasında yardım göstərəcəklərini vəd ediblər. Əvəzində isə benefisiarlardan qrant şəklində köçürülmüş vəsaitləri tələb edib alıblar.

İstintaqla müəyyən olunub ki, 12 935 750 lari məbləğində ayrılmış qrantdan layihələr üzrə görülən işlərin dəyəri 8 824 695 lari təşkil edib, 4 111 054 lari isə qrup üzvləri tərəfindən mənimsənilib.

Bundan əlavə, təşkilat üzvləri “Kənd təsərrüfatı texnikasının birgə maliyyələşdirilməsi və emal-saxlama müəssisələrinin yaradılması” adlı dövlət proqramı çərçivəsində daha 1 559 739 lari qrant alıblar və bu vəsait də qanunsuz şəkildə mənimsənilib.

Cinayət əməllərini həyata keçirmək üçün təqsirləndirilən şəxslər tərəfindən saxta mal qaimələri, fakturalar və auditor hesabatları tərtib edilib və istifadə olunub.

Qanunsuz yolla əldə olunmuş böyük məbləğdə vəsaitə qanuni görkəm vermək məqsədilə, qrup rəhbərləri bu pullarla daşınmaz əmlak və nəqliyyat vasitələri alıblar və onları özləri ilə əlaqəli fiziki və hüquqi şəxslərin adına rəsmiləşdiriblər. İstintaq zamanı həmin əmlaklar tam şəkildə aşkar edilərək müsadirə olunub.

 

Kateqoriya: Cəmiyyət
Sonrakı yazı
28 oktyabr tarixinə olan valyuta məzənnəsi məlumdur
Öncəki yazı
Davos 2026 Dünya İqtisadi Forumu Ukrayna üzrə sülh danışıqlarının məkanı ola bilər-ƏTRAFLI