Milli Ətraf Mühit Agentliyi əhaliyə xəbərdarlıq edir

97

Milli Ətraf Mühit Agentliyinin məlumatına görə, 29 oktyabrda ölkə ərazisində yağışlı hava müşahidə olunacaq, bəzi bölgələrdə isə yağıntıların güclü olacağı ehtimal olunur.

Qərb istiqamətli güclü külək əsəcək, bəzi yerlərdə ildırım gözlənilir. Qara dənizdə isə 4-5 ballıq fırtınalı dalğalanma proqnozlaşdırılır.

Agentliyin xəbərdarlığına əsasən, gözlənilən yağıntılar nəticəsində Gürcüstan çaylarında su səviyyəsinin yüksəlməsi, kiçik çaylarda sel hadisələrinin baş verməsi, dağlıq və təpəlik ərazilərdə isə torpaq sürüşməsi və sel proseslərinin aktivləşməsi mümkündür.

Qurumun açıqlamasına görə, təhlükə səviyyəsi orta dərəcədə qiymətləndirilir.

Kateqoriya: Cəmiyyət
Sonrakı yazı
Davos 2026 Dünya İqtisadi Forumu Ukrayna üzrə sülh danışıqlarının məkanı ola bilər-ƏTRAFLI
Öncəki yazı
Papuaşvili: “Qaxariyanın partiyası Almaniyadan idarə olunur və inqilablar təşkil etməyə çalışır”