Prezident Qiorqi Modebadzeni Gürcüstan Konstitusiya Məhkəməsinin hakimi təyin edib

97

Gürcüstan Prezidenti Mixail Kavelaşvili Qiorqi Modebadzeni Konstitusiya Məhkəməsinin hakimi vəzifəsinə təyin edib.

QafqazTürk Media xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.

Məlumatda bildirilir ki, Qiorqi Modebadze məhkəmə sistemində uzun illər iş təcrübəsinə malikdir və bundan öncə Gürcüstanın təhsil, elm və gənclər nazirinin müavini vəzifəsini tutub.

Gürcüstan Konstitusiyasının 60-cı maddəsinə əsasən, Konstitusiya Məhkəməsi 10 il müddətinə təyin edilən 9 hakimdən ibarətdir. Bunlardan 3 hakimi Prezident, 3 hakimi parlamentin ən azı beşdə üç səs çoxluğu ilə seçir, qalan 3 hakim isə Ali Məhkəmə tərəfindən təyin olunur.

 

 

 

Kateqoriya: Cəmiyyət, Siyasət
Sonrakı yazı
Daxili İşlər Naziri Qela Qeladze ilə Macarıstanın Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri görüşüb
Öncəki yazı
Zelenski Brüsseldə Aİ Sammitində: “Ukrayna öz öhdəliklərini yerinə yetirib, indi növbə Avropanındır”