İrakli Kobaxidze və Nikol Paşinyan Tbilisidə görüşüb

71

Tbilisidə keçirilən İpək Yolu Forumu çərçivəsində Gürcüstanın Baş naziri İrakli Kobaxidze Ermənistanın Baş naziri Nikol Paşinyanla görüş keçirib.

Gürcüstan Hökumət Administrasiyasının mətbuat xidmətindən verilən məlumata görə, görüşdə iki ölkə arasında dostluq və qonşuluq münasibətləri, eləcə də ticarət-iqtisadi əməkdaşlıq məsələləri müzakirə olunub.

İrakli Kobaxidze erməni həmkarına forumda iştirakına görə təşəkkür edib və Ermənistanın Gürcüstanın ən böyük ticarət tərəfdaşlarından biri olduğunu vurğulayıb.

Baş nazirin sözlərinə görə, tərəflər görüş zamanı ikitərəfli və regional əməkdaşlığın əsas istiqamətlərini nəzərdən keçiriblər.

“Mən əminəm ki, bu görüş Gürcüstan və Ermənistan arasında əməkdaşlığı daha da gücləndirəcək”, – deyə İrakli Kobaxidze “X” sosial şəbəkəsində bildirib.

Kateqoriya: Cəmiyyət, Siyasət
Sonrakı yazı
Bu gün “Tbilisi İpək Yolu Forumu 2025” rəsmi açılışı olub – ƏTRAFLI
Öncəki yazı
Nağıl saatı – uşaqlar üçün unudulmaz gün