Another advertisement
Mayın 28-də paytaxt Tbilisinin ən hündür parkı olanMtacminda parkında yerləşən televiziya qülləsi və Kür çayı üzərindəki “Sülh körpüsü” Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb.
QafqazTürk.com xəbər verir ki, teleqüllə və körpü 28 May – Azərbaycanın Müstəqillik Günü münasibətilə işıqlandırılıb.
Azərbaycan bayrağının rəngləri olan göy, qırmızı və yaşıl rəngdə işıq saçan televiziya qülləsi və “Sülh körpüsü” şəhərə xüsusi bir rəng və gözəllik verib.