Gürcüstandan Tacikistana ixrac 315,5% artıb.
Gürcüstan Statistika Xidmətinin 2025-ci ilin yanvar-sentyabr aylarına dair məlumatına görə, bu dövrdə ölkənin xarici ticarət dövriyyəsi 18,6 milyard ABŞ dolları təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 9,1% çoxdur. İxrac 5,2 milyard dollar (+7,7%), idxal isə 13,4 milyard dollar (+9,7%) olub. Mənfi ticarət balansı 8,2 milyard dollar təşkil edib ki, bu da xarici ticarət dövriyyəsinin 44,4%-idir.
Gürcüstanın əsas ticarət tərəfdaşları Türkiyə (2,3 milyard $), ABŞ (2,1 milyard $) və Rusiya (1,9 milyard $)dır. İxracın 70,3%-i MDB ölkələrinə, 11,9%-i Avropa İttifaqı ölkələrinə, 17,8%-i isə digər ölkələrə aiddir.
Ən böyük ixrac ölkələri arasında Qırğızıstan (1,1 milyard $), Qazaxıstan (658 milyon $) və Rusiya (543 milyon $) yer alır. Ötən ilin eyni dövrü ilə müqayisədə ixrac ən çox Tacikistana (315,5%) və Bolqarıstana (189,5%) artıb, Türkiyəyə (-31,5%) və Ermənistana (-15,7%) isə azalıb.
İxracda ən böyük məhsul qrupları isə aşağıdakılardır: minik avtomobilləri (2 milyard $), qiymətli metalların rudaları və konsentratları (276 milyon $), spirtli içkilər (200 milyon $).
İdxalda isə 17% MDB ölkələrindən, 25,1% Avropa İttifaqı ölkələrindən və 51,1% digər ölkələrdən olub. Ən böyük idxal ölkələri ABŞ (2,1 milyard $), Türkiyə (2,0 milyard $) və Çin (1,4 milyard $) təşkil edir.
Ötən ilin eyni dövrü ilə müqayisədə idxal ən çox Birləşmiş Krallıqdan (331,4%) və ABŞ-dan (38%) artıb, Yaponiya (-33,9%) və Almaniyadan (-6,1%) isə azalıb. Ən böyük idxal məhsul qrupları: minik avtomobilləri (2,8 milyard $), neft və neft məhsulları (972 milyon $), dərman vasitələri (510 milyon $).