Avropa İttifaqı Gürcüstandakı vəziyyətlə bağlı mövqeyini açıqlayıb

127

Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaia Kallas bildirib ki, nazirlər Gürcüstanda qanunun aliliyi və insan haqlarının vəziyyətinin pisləşməsi ilə bağlı mövqelərini açıq şəkildə ifadə ediblər. O əlavə edib ki, Avropa səfirlərinə qarşı şəxsi hücumlar qəbuledilməzdir və diplomatiyada yeri yoxdur.

Kallas həmçinin qeyd edib ki, Komissiya bu ilin sonuna qədər vizasız rejimin dayandırılması mexanizmi ilə bağlı hesabat təqdim edəcək. Noyabrda qüvvəyə minəcək yeni viza qaydaları bəzi qruplar üçün vizasız rejimin ləğvini mümkün edəcək.

Ali Nümayəndə bu gün Qara Dəniz regionu və Mərkəzi Asiya ölkələrinin nazirləri ilə görüşəcəyini bildirib və Rusiyanın hibrid hücumlarının hamımıza təsir etdiyini, Qara Dənizdə təhlükəsizliyin yaxşılaşdırılması üçün kollektiv səylərin vacib olduğunu vurğulayıb.

 

Kateqoriya: Cəmiyyət, Siyasət
Sonrakı yazı
Gürcüstandan Tacikistana ixrac 315,5% artıb  
Öncəki yazı
Dövlət Bağçalı: ŞKTR parlamenti təcili Türkiyəyə birləşməyə qərar verməlidir