Gürcüstan və İsrail əməkdaşlıq memorandumu imzalayıb – ƏTRAFLI

55

Gürcüstanın Daxili İşlər Naziri Geka Geladze və İsrailin Milli Təhlükəsizlik Naziri İtamar Ben Gvir iki ölkə arasında Əməkdaşlıq Memorandumu imzalayıblar.

 QafqazTürk Media xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin məlumat yayır.

Sənəd Geladzenin İsraildə rəsmi səfəri çərçivəsində imzalanıb və hüquq-mühafizə orqanları, təhlükəsizlik departamentləri və polis akademiyaları arasında əməkdaşlığın dərinləşdirilməsini, iş təcrübəsinin mübadiləsini və miqrasiya sahəsində birgə fəaliyyətin təşviqini nəzərdə tutur.

Nazirlərin görüşündə əməkdaşlığın cari məsələləri müzakirə olunub, xüsusilə təcrübə mübadiləsi və qabaqcıl iş metodlarının tətbiqi üzrə gələcək planlara diqqət yetirilib.

Görüşün sonunda Geladze polis attaşelərinin iki ölkə arasında münasibətlərin gücləndirilməsində əhəmiyyətini vurğulayıb və İsrail həmkarına məhsuldar əməkdaşlıq və qonaqpərvərliyi üçün təşəkkürünü bildirib.

Kateqoriya: Cəmiyyət, Siyasət
Sonrakı yazı
Alyaskada “Putin-Tramp” tunelinin tikintisi ilə bağlı müzakirələr başlayıb – Kirill Dmitriyev
Öncəki yazı
Gürcüstan və İsrail arasında polis əməkdaşlığı haqqında memorandum imzalanıb