Baş nazir İrakli Kobaxidzenin qərarına əsasən, Müdafiə Nazirliyi Amerika Birləşmiş Ştatları hökumətindən qrant (hədiyyə) şəklində 4 ədəd Renault Trafic markalı nəqliyyat vasitəsi alıb.
Müvafiq sərəncam Kobaxidze tərəfindən 10 oktyabrda imzalanıb.
Sənəddə qeyd olunur ki, qərar “Gürcüstanda xarici yardımların əlaqələndirilməsi və nazirliklər tərəfindən qrantların verilməsi qaydası haqqında” 2015-ci il 1 iyun tarixli №238 saylı hökumət qərarına əsasən qəbul edilib.
Sərəncamda deyilir:
“Amerika Birləşmiş Ştatları hökumətinin Gürcüstanın Müdafiə Nazirliyinə qrant (hədiyyə) şəklində 4 ədəd Renault Trafic markalı nəqliyyat vasitəsinin verilməsi qərarı təsdiq edilsin.”
