Qorili müəllimlər ixtisasartırma məqsədilə Rusiyaya gediblər – DETALLAR

85

Qorili müəllimlər ixtisasartırma məqsədilə Rusiyaya gediblər. Onlar iki həftəlik təlim kurslarını Sankt-Peterburq Universitetində keçiblər.

QafqazTürk Media xəbər verir ki, məlumatı “Kartlis Ambebi” yerli mətbuatı yayıb.

“Proqram çərçivəsində biz mühazirələrdə, praktik tapşırıqlarla müşayiət olunan ustad dərslərində iştirak etdik, müasir texnologiyalar (süni intellekt, slenqlər) ilə tanış olduq, o cümlədən dil didaktikasına dair oyunlar və qısametrajlı filmlərin təhlilini öyrəndik.

144 saatlıq tədris kursuna mədəni proqram da daxil idi: teatr, muzeylər, saraylar, Ermitaj, Faberje Muzeyi, gəmi ilə gəzinti, körpülərin açılışı və digər çoxsaylı tarixi və mədəni məkanlar. Ən sevimli müəllimimə, proqram rəhbərinə və böyük dostuma dərin təşəkkürümü bildirirəm.

Mən daim inkişaf prosesində olan, öz işinin peşəkarı olmağa çalışan bütün insanların əzmini, zəhmətini və nailiyyətlərini qeyd etməyə və onlara sevinməyə borcluyam. Mənim uğuruma sevinən hər kəsə təşəkkür edirəm,” – deyə Qorinin 8 saylı ictimai məktəbin müəllimi yazıb.

Kateqoriya: Cəmiyyət
Sonrakı yazı
Prezident etirazları məhdudlaşdıran qanun layihəsinə imza atıb – ƏTRAFLI
Öncəki yazı
Bu gün ölkəmizdə Veteranlar Günü qeyd olunur