Saxta tibbi arayış hazırlamaq ittihamı ilə 3 nəfər saxlanılıb

94

Gürcüstan Dövlət Təhlükəsizliyi Xidmətinin  Antikorrupsiya Agentliyi Tbilisi, Kutaisi və Batumidə saxta tibbi arayışların hazırlanması və kommersiya rüşvətində köməklik faktları ilə bağlı 3 nəfəri saxlayıb.

QafqazTürk Media xəbər verir ki, müxtəlif tibb müəssisələrinin həkimləri və onların köməkçiləri əlillik statusu almaq istəyən vətəndaşlara saxta tibbi sənədlər hazırlayırdılar və bunun müqabilində pul alırdılar.

İstintaq müəyyən edib ki, vətəndaşlar əlillik statusu almaq üçün 3000, 3200 və 9500 lari ödəyiblər. Saxta arayışlar bronxial astma, hepatitlə bağlı qaraciyər xəstəliyi və epilepsiya diaqnozlarına əsaslanırdı.

Faktla bağlı istintaq Gürcüstan Cinayət Məcəlləsinin 221-ci maddəsinin 4-cü hissəsi, 25-221-ci maddənin 4-cü hissəsi və 362-ci maddənin 1-ci hissəsi ilə aparılır. Bu maddələr qrup halında kommersiya rüşvətini, rüşvətə yardım etməyi və saxta rəsmi sənədlərin əldə edilib satılmasını nəzərdə tutur. Cinayət 4 ildən 6 ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

Kateqoriya: Cəmiyyət
Sonrakı yazı
Texniki Universitet Gürcüstan Universitetinə qarşı prokurorluğa müraciət edib – ƏTRAFLI
Öncəki yazı
Putin və Tramp arasında baş tutan danışığın nəticəsi məlumdur, təfərrüatlar…