Ölkəmizdə aksiyalarda iştirak qaydaları daha da sərtləşdirilib.
Yeni dəyişikliklərə əsasən, üzünü maska ilə örtmək və yolu bağlamağın ilk halda 15 günədək inzibati həbs cəzası ilə nəticələnəcək.
Əgər qaydanı pozan şəxs aksiyanın təşkilatçısı hesab olunarsa, ona 20 günədək inzibati həbs cəzası veriləcək.
Daxili İşlər Nazirliyinin tələbi ilə dayandırılmalı olan mitinqdə iştirak 60 günədək inzibati həbsə səbəb olacaq. Bundan əlavə, aksiya zamanı silah, pirotexnika və ya digər şəxslərin həyat və sağlamlığı üçün təhlükə yarada biləcək əşyalar daşıyan şəxs də 60 günədək inzibati həbs ediləcək.
Eyni zamanda, polis əməkdaşını üçüncü dəfə təhqir edən və ya onun qanuni əmrinə tabe olmayan şəxslərə 1 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.