ATƏT-in fəaliyyətdə olan sədri Elina Valtonen Bakıda rəsmi səfərdədir

60

ATƏT-in fəaliyyətdə olan sədri, Finlandiyanın xarici işlər naziri Elina Valtonen Bakıya səfər edib. O, Azərbaycan prezidenti İlham Əliyev və xarici işlər naziri Ceyhun Bayramov ilə görüşüb.

Valtonen görüşlərdən sonra X sosial platformasında paylaşım edərək bildirib ki, Bakıda yaxşı müzakirələr aparılıb.

Onun sözlərinə görə, ATƏT Ermənistan və Azərbaycan arasında sülh sazişinin həyata keçirilməsinə və etimadın bərpasına yönəlmiş tədbirlərə dəstək verməyə hazırdır.

“Ermənistanla sülhə və münasibətlərin normallaşmasına yönəlmiş razılaşmalara görə sizi təbrik edirəm. ATƏT sülh sazişinin həyata keçirilməsinə və etimad tədbirlərinin həyata keçirilməsinə dəstək verməyə hazırdır”, – deyə Valtonen qeyd edib.

O həmçinin əlavə edib ki, gələn həftə Azərbaycan vətəndaş cəmiyyəti və analitik mərkəzlərinin nümayəndələri ilə görüş planlaşdırılıb.

 

 

Kateqoriya: Dünya
Sonrakı yazı
Suriya prezidenti Rusiyaya səfər edib
Öncəki yazı
Marneuli-Tbilisi yolunda qəza baş verib