“Gürcü Arzu” qadağa qoyacağı partiyaların tam siyahısı Konstitusiya Məhkəməsinə iddia qaldırıldıqdan sonra açıqlanacaq.
QafqazTürk media xəbər verir ki, bu barədə Baş Nazir İrakli Kobaxidze açıqlamasında bildirib. Baş Nazirin açıqlamasına görə qadağa təkcə bir və ya iki partiyaya şamil edilməyəcəy.
“Tam siyahını siz iddia rəsmi olaraq təqdim edildiyi gün görəcəksiniz. Yanaşma və prinsip isə belədir: – 2012-ci ildən əvvəl qanlı rejimin nümayəndəsi olmuş hər kəs bu iddiadan mütləq təsirlənəcək; 2012-ci ildən sonrakı dövrdə isə, ölkəyə qarşı davamlı sabotajda iştirak etmiş qanlı siyasi qüvvə ilə birlikdə olan hər kəs bu Konstitusiya iddiasından mütləq təsirlənəcək, qalanlarla bağlı qərarı Konstitusiya Məhkəməsi verəcək. Bu yalnız bir və iki partiyaya şamil olunmayacaq; tam siyahı ilə iddia Konstitusiya Məhkəməsinə təqdim edildiyi zaman tanış olacaqsınız və bu, çox yaxın zamanda baş verəcək“, – deyə İrakli Kobaxidze bildirib.
Xatırladaq ki, “Gürcü Arzusu” Gürcüstanın Konstitusiya Məhkəməsi haqqında Üzvi Qanuna bir sıra düzəlişlər etməyi planlaşdırır. Partiyanın nümayəndəsi İrakli Kirtsxalia bildirir ki, Tsulukiani Komissiyasının rəyi əsasında partiyaların fəaliyyətinin qadağan edilməsi ilə bağlı iddia tezliklə hazır olacaq və Konstitusiya Məhkəməsinə təqdim olunacaq.