Gürcüstan Parlamenti yeni qanunlayihə qəbul edir

18

Gürcüstan Parlamenti maliyyə və iqtisadi cinayətlərdə təqsirli bilinən şəxslərin vurduqları zərəri tam ödəyənə qədər ölkədən çıxışını qadağan edən qanunvericiliyə dəyişiklikləri nəzərdən keçirir.

QafqazTürk Media xəbər verir ki, yeni təşəbbüs 16 illik məhdudiyyət müddətini ləğv etməyi və qadağanı zərər ödənilənədək daimi etməyi nəzərdə tutur. Qanun layihəsinə əsasən, məhkum edilmiş şəxslərə elektron qolbaq taxıla, əmlakları müsadirə oluna və pul vəsaitlərinin dövranına ciddi nəzarət tətbiq oluna bilər.

Qeyd edilir ki, əgər zərər ödənilməzsə, həm məhkum edilmiş şəxslərin, həm də onların ailə üzvlərinin pul və ya əmlak alması qadağan ediləcək. Düzəlişlərin müəllifləri “Gürcü Arzusu” partiyasının deputatlarıdır və təşəbbüs parlamentdə sürətləndirilmiş prosedurla baxılır.

Kateqoriya: Maraqlı
Sonrakı yazı
Gürcüstan Parlamenti yeni qanunlayihə qəbul edir
Öncəki yazı
Tramp: “Zelenski ilə görüşməyi planlaşdırıram, Ərdoğan müharibənin həllinə kömək edə bilər”