Papuashvili: “Cinayətkarın da peşəsi olur, heç kimə diskriminasiya olmayacaq”

74

Gürcüstan parlamentinin spikeri: “Cinayətkarın peşəsi olur, diskriminasiya yoxdur” – 71 yaşlı akademik həkim saxlanıldı

Gürcüstanın hakim partiyası üzvü və parlamentin sədri Şalva Papuaşvili 71 yaşlı akademik, həkim Giorgi Çaxunaşvilinin saxlanmasına münasibət bildirib. Papuaşvili Çaxunaşvilini “cinayətkar” adlandıraraq deyib ki, “peşəkar əsaslı diskriminasiya edilə bilməz” və cinayətkarların da peşəsi ola bilər.

O, vurğulayıb ki, prezidentin iqamətgahına qanunsuz daxil olan şəxslər, o cümlədən Çaxunaşvili, törətdikləri hərəkətə görə məsuliyyət daşımalıdır. Papuaşvili əlavə edib ki, polis və hüquq-mühafizə orqanlarının vəzifəsi yaşından, peşəsindən, mənşəyindən və ya irqindən asılı olmayaraq cinayət törətmiş şəxsləri araşdırmaq və məsuliyyətə cəlb etməkdir.

Xatırladaq ki, 9 oktyabrda 4 oktyabr hadisələri ilə bağlı akademik, 71 yaşlı həkim Giorgi Çaxunaşvili saxlanıb.

Kateqoriya: Maraqlı
Sonrakı yazı
Polis 2 nəfəri öldürməyə cəhd edən 21 yaşlı gənci həbs edib
Öncəki yazı
Həbsdəki jurnalist Mziya Amaglobeli “Dünya Mətbuatının Qəhrəmanı” seçildi – Hakimiyyət bunu “ədalətsiz” sayır