Gürcüstanın Milli Statistika Xidmətinin (Saqstat) məlumatına görə, 2024-cü ildə orta aylıq əməkhaqqı 11,5% (204 lari) artaraq 1 970,8 lari təşkil edib.
Məlumatlara əsasən:
- Qadınların orta aylıq əməkhaqqı – 1591,6 lari,
- Kişilərin orta aylıq əməkhaqqı – 2340,7 lari olub.
📈 İllik artım:
- Qadınlarda əməkhaqqı 166,2 lari və ya 11,7%,
- Kişilərdə isə 240,8 lari və ya 11,5% artıb.
Bildirilib ki, demək olar ki, bütün fəaliyyət sahələrində kişilərin orta aylıq əməkhaqqı qadınlarınkından yüksəkdir.