Türkiyədə prezident seçkilərinin ikinci turu üzrə səsvermə başa çatıb.
Qafqaztürk xəbər verir ki, yerli vaxtla saat 17:00-da bütün seçki məntəqələrində səsvermə yekunlaşıb və məntəqələr bağlanıb.Hazırda səslərin sayılmasına başlanılır.
İlkin nəticələrin bir qədər sonra açıqlanacağı gözlənilir.
Qeyd edək ki, səsvermə yerli vaxtla səhər saat 08:00-da başlamışdı.Xatırladaq ki, mayın 14-də baş tutan seçkilərdə prezidentliyə namizədlərdən heç biri 50 %-dən çox səs toplamadığı üçün bu gün səsvermənin ikinci turu keçirilib.
Türkiyə tarixində ilk dəfədir ki, prezident seçkiləri ikinci tura qalır.Prezident vəzifəsi uğrunda 2 namizəd mübarizə aparıb. Bunlar “Cümhur İttifaqı”nın namizədi, hakim Ədalət və İnkişaf Partiyasının sədri, hazırkı dövlət başçısı Rəcəb Tayyib Ərdoğan və “Millət İttifaqı”nın namizədi, müxalif Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğludur.